Türkiyə KİV-nin yaydığı məlumata görə, Kılıçdaroğlu, Türkiyənin böyük bir dövlət olduğunu deyib.
“Türkiyə Cümhuriyyəti güclü bir dövlətdir. Bütün bu problemləri həll edəcək gücümüz, potensialımız var. Bütün vətəndaşlarımızın sükunət içində hadisələrin gedişatını izləməsini arzu edirəm. Bir azdan iclasda fikirlərimizi ətraflı şəkildə izah edəcəyik”.
Jurnalistlərin “Baş Qərargah rəisi ilə görüşdünüzmü ?” sualına da Kılıçdaroğlu , “Xeyr” cavabı verib.
İnterpress.az