Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat yayıb.
Məlmatda bildirib ki, İstanbuldan təxirə salınan reyslərin sərnişinləri bu təyyarə ilə Bakıya yola düşə bilərlər. Bununla əlaqədar İstanbulda olan J2-8076 və J2-8080 reyslərinin sərnişinlərinə öz aviabiletlərini aviakassalarda J2-8078 reysinə dəyişdirilməsi tövsiyə olunur.
Qeyd edək ki, ötən gecə Türkiyədə baş verən hadisələr ilə əlaqədar olaraq \”Azərbaycan Hava Yolları\”nın J2-8103 (06:45) Bakı-İstanbul; J2-8075 (08:45) Bakı-İstanbul; J2-8003 (09:10) Bakı-Ankara reysləri təxirə salınmışdı.
İnterpress.az