İnterpress.az Türkiyə telekanallarına istinadən xəbər verir ki, Ərdoğan çıxışında çevriliş cəhdinin qarşısının alındığını, millətin çevrilişçiləri məğlub etdiyini bildirib.
Türkiyə prezidenti yenə də hərbi çevriliş cəhdinin arxasında Fətullah Gülənin dayandığını bildirib: “Türkiyə bu “paralelçilərdən” çox çəkdi. Buradan ABŞ prezidenti Barak Obamaya səslənirəm. Pensilvaniyada, 400 hektarlıq ərazidəki iqamətgahında oturub Türkiyəni qarışdıran “örgüt liderini” ya deportasiya etməyə, ya Türkiyəyə təhvil verməyə çağırıram. Mən bunların çevriliş planlaşdırdıqlarını demişdim, ancaq sözümü dinləmədilər. İndi bir daha ABŞ-a, onun prezidentinə müraciət edirəm-Pensilvaniyadakı o zatı Türkiyəyə təslim edin”.
İnterpress.az