“Bizə dedilər ki, təlimdir…” – Qiyamçılar əsgərləri aldadıbbackend

“Bizə dedilər ki, təlimdir…” – Qiyamçılar əsgərləri aldadıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təlim üçün həyəcan siqnalı verilə bilər dedilər. Ondan sonra olanları biz hər zaman olduğu kimi sadəcə təlim hesab etdik. Biz hərbi ləvəzimatlarımızı aldıq”.

Bunu Türkiyədə dövlət çevrilişinə cəhd edən adı açıqlanmayan baş çavuş həbs edildikdən sonra üsyançılar tərəfindən necə aldadıldıqlarını etiraf edərkən deyib.

Məlumata görə, o bildirib ki, silahları götütürdükdən sonra onlardan qabaq bir qrup şəhərə çıxıb.

“Biz də silahlarımızı yüklədik. Amma həmin vaxt ard-arda bu sualları verirdik: Nə olub? Biz niyə silahlanırıq? Daha sonra fikirləşdik ki, bizə xəbər verilmədən terror əməliyyatı başlayır. Bizə dedilər ki, gedirik. Mənim heç bir şeydən xəbərim yoxdur”,- deyə həbrçi bildirib.

Baş çavuş deyib ki, o, tankçıdır və Boğaziçi körpüsünün üzərinə gəldikdən sonra tankdan düşüb təslim olub. (ans)

İnterpress.az