Bu barədə “İhlas” agentliyi məlumat yayıb.
Məlumata görə, “Yurdda Sülh Şurası” adlandıran qrup Mərmərə otelində Ərdoğana qarşı sui-qəsd təşkil edib, ölkədə xaos yaratmağı hədəfləyirdi.
“Polkovnik Albay Zəkinin əmri ilə İzmirdəki hərbi bazadan 40 bordo bereli və 3 helikopter hərəkətə başlayaraq prezidentin qaldığı otelin yaxınlığıda mövqe seçib.
Ərdoğanın mühafizəçiləri ilə yaşanan güclü atışmada qruplaşma üzvləri geri çəkilmək məcburiyyətinə qalıblar.
Planın baş tutmadığını görən təxribatçıların bir qismi helikopterlərlə İzmirə qayıdıb.
Daha sonra polisin təşkil etdiyi əməliyyat zamanı 2 polkovnik olmaqla, 9 hərbçi saxlanılıb”, – məlumatda vurğulanıb. (moderator.az)
İnterpress.az