Türk general kotlet yeyərkən tutuldubackend

Türk general kotlet yeyərkən tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə iyul ayının 14-də baş verən hərbi çevriliş cəhdindən sonra axtarışa verilən general kafedə yemək yeyərkən saxlanılıb.

Türkiyə mətbuatından verilən məlumata görə, general Erdal Öztürk haqqında çevrilişə cəhddən sonra saxlanma əmri verilib.

Erdal Öztürkün yerini özünə məxsus maşının izlənməsi ilə tapmaq mümkün olub.

Təhlükəsizlik qüvvələri avtomobilin Bursanın İnegöl rayonunda kafenin önündə dayandığını biliblər.

General həyat yoldaşı ilə birlikdə nahar etmək üçün kafeyə girib. Lakin yeməyini bitirməyə imkan tapa bilməyib.

O, kotlet yeyərkən polisləri görüb. Astaca yerindən qalxaraq arxa qapıya yönəlib və qaçmağa çalışıb. Qarşısında polisləri görəndən sonra isə yerinə qayıtmalı olub.

O, polisin müşayiəti ilə İstanbula aparılıb.

Daha bir neçə hərbçi isə Yunanıstana qaçmaq istəyərkən saxlanılıb.

Onlar axtarışa verilən polkovnik, pilot Murat Karakuş və İstanbul Hərbi hava məktəbinin dekanı polkovnik Ahmet Gümüş olub. Hərbçilər Yunanıstanın Lesvos

Adasındakı Midilli şəhərinə qaçmağa hazırlaşıblarmış.

Onlar tibbi müayinədən sonra Ankaraya aparılıblar.

İyulun 15-də axşam saat 22:00 radələrində Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbçisi ölkədə dövlət çevrilişinə cəhd edib.

Hadisələr əsasən İstanbul və paytaxt Ankarada cərəyan edib.

Hərbçilər əvvəlcə İstanbulun iki böyük magistral “Boğaziçi” və “Fatih Sultan Mehmet” körpülərində avtomobillərin hərəkətini dayandırıblar.

Ağır zirehli texnika ilə körpünün giriş-çıxışları bağlanıb.

Türk general kotlet yeyərkən tutuldu

Hərbi çevrilişə cəhd edənlər Yunanıstandan sığınacaq istədilər

Ankarada isə helikopter və qırıcılar havaya qaldırılıb, dövlətin strateji binaları atəşə tutulub.

Baş Qərargah rəisi Hulusi Akar və bir neçə general, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisi dövlət çevrilişinə cəhd edən hərbçilər tərəfindən girov götürülüb.

Bəzi kütləvi informasiya vasitələrində xəbərlər yayıldı ki, prezident Rəcəb Tayyib Ərdoğan ölkədən qaçıb. Lakin gecə saatlarında Ərdoğan CNNTürk telekanalında canlı yayımda skayp vasitəsilə bağlantı yaradaraq xalqa çağırış edib.

O əhalini meydanlara və hava limanlarına axın etməyə çağırıb.

Prezidentin bu çağırışından sonra xalq meydanlara çıxıb və hərbçilərlə toqquşmalar olub. Nəticədə 265 nəfər həyatını itirib.

Öldürülən insanların 161 nəfəri mülki şəxsdir, 104 nəfər isə çevrilişə cəhddə iştirak edənlərdir. Xalqın iradəsi nəticəsində dövlət çevrilişinin qarşısı alınıb. (ans)

İnterpress.az