Dövlət çevrilişinə cəhdin qarşısı alındıqdan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətə təşəkkür edib.
Məlumata görə, Ərdoğan CHP və MHP lierləri Kamal Kılıçdaroğlu, Dövlət Bahçeliyə zəng edib.
O, müxalifət liderlərinə çevrilişə cəhd zamanı bu məsələdən sui istifadəyə çalışmadıqları üçün çox sağ ol deyib.
O, müxalifətin də iqtidarla birlikdə demokratiyaya sahib çıxdığını deyib.
Prezident demokratiyanı qorumaq üçün bütün partiyaların ortaq məxrəcə gəlməsinin vacib olduğunu deyib.
Bundan başqa prezident baş verən hadisələr zamanı rəşadətlə dayandıqları üçün Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahramana da zəng edib və bütün millətvəkillərinə təşəkkür edib.
İyulun 15-də baş verən dövlət mevrilişinə cəhd zamanı ən çox ziyan çəkən qurumlardan biri də parlament binası olub. Binaya bir neçə aviazərbə endirilib. Nəticədə onun otaqlarında, dəhlizlərində dağıntılar meydana gəlib. (ans)
İnterpress.az