“Kerri ilə Gülənin qaytarılmasını müzakirə etmədik”backend

“Kerri ilə Gülənin qaytarılmasını müzakirə etmədik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri ilə ölkədə hərbi çevrilişə cəhd etməkdə əsas şübhəli Fətullah Gülənin ekstradisiyası məsələsini müzakirə etməmişik\”.

Məlumata görə, bu sözləri \”Reuters\” xəbər agentliyinə açıqlama verən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, amerikalı həmkarına aydın şəkildə bildirib ki, ölkədə çevriliş cəhdinin arxasında Fətullah Gülən durur.

\”Bizin ötən gün baş tutan telefon danışığımız zamanı Gülənin ekstradisiya məsələsi birbaşa müzakirə mövzusu olmayıb. Ancaq mən ABŞ dövlət katirinə açıq şəkildə izah etdim ki, çevriliş cəhdi həmin ölkədə yaşayan Gülən və onun silahlı qüvvələrimizdə olan tərəfdarları tərəfindən təşkil olunub\”.

Türkiyə XİN başçısının sözlərinə görə, indi ordunu \”gülənçi\”lərdən təmizləmək lazımdır.

\”Təmizlənmə başa çatan kimi silahlı qüvvələrimiz daha güclü olacaq, əsgərlərimiz daha güclənəcəklər. Bununla da NATO-ya daha yaxşı dəstək dəstək və koordinasiya təmin ediləcək\”.

İyulun 15-də axşam saat 22:00 radələrində Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbçisi ölkədə dövlət çevrilişinə cəhd edib. Hadisələr əsasən İstanbul və paytaxt Ankarada cərəyan edib. Hərbçilər əvvəlcə İstanbulun iki böyük magistral “Boğaziçi” və “Fatih Sultan Mehmet” körpülərində avtomobillərin hərəkətini dayandırıblar. Ağır zirehli texnika ilə körpünün giriş-çıxışları bağlanıb.

Prezident Rəcəb Tayyib Ərdoğan xalqa küçələrə çıxmaları barədə çağırış edib. Bu çağırışından sonra xalq meydanlara çıxıb və hərbçilərlə toqquşmalar olub. Nəticədə 265 nəfər həyatını itirib. Öldürülən insanların 161 nəfəri mülki şəxsdir, 104 nəfər isə çevrilişə cəhddə iştirak edənlərdir. Xalqın iradəsi nəticəsində dövlət çevrilişinin qarşısı alınıb.

"Kerri ilə Gülənin qaytarılmasını müzakirə etmədik"

Mövlud Çavuşoğlu – Türkiyənin xarici işlər naziri

Hadisələrdən sonra açıqlama verən R.T. Ərdoğan bu çevrilişin arxasında F.Gülənin dayandığını və ABŞ-ın onu Türkiyəyə geri qaytarmalı olduğunu bildirib.

İttihamlara cavab verən Fətullah Gülən isə Türkiyədə baş verən hadisələr fonunda ona qarşı təzyiqlərin artdığını bildirib.

“Dövlət çevrilişi edənlər mənə təzyiq göstərirlər. 15 ildir ki, Türkiyədən kənardayam. Türkiyədə baş verən hadisələri izləmirdim. Baş verən hadisələr əvvəlcədən yazılmış ssenaridir. Lakin mənim kimi bir möminin dəlilsiz ittihamlar etməsi doğru deyil. Belə bir şey etsəm, yalan danışmış, şər atmış olaram”. (ans)

İnterpress.azhttps://youtube.com/watch?v=6fhSfslFfd0