11:35 / Ermənistanda polis idarəsinə basqın
İrəvanın Erenburi rayonunda polis alayınının binasına olan silahlı basqın nəticəsində ölən olub. Məlumata görə, bu barədə \”Erkir Media\” telekanalı məlumat yayıb. Silahlı insident nəticəsində bir neçə nəfər də yaralanıb. Ölən şəxsin kimliyi hələlik bilinmir.
Yerli mətbuatın məlumatına görə, İrəvanın polis rəsinin müavini Valeri Osipyan da girovlar arasındadır. Binanın ərazisinə xüsusi təyinatlılar gətirilib. İrəvanın polis rəisi Vadimir Qasparyan da ərazidədir.
Bundan başqa binanı zəbt edən müxalif qüvvələr silahlı qiyamın da başladığını elan ediblər. TASS-ın məlumatına görə, bu barədə hücumun təşkilatçılarının açıqlamasında qeyd edilir.
Yaxınlıqda yaşayanların sözlərinə görə, səhər saat 4-5 radələrində güclü partlayış və silah səsləri eşidiblər. Ərazi zirehli hərbi maşınlarla əhatəyə alınıb. Binaların damlarında snayperlər yerləşdirilib. Təhlükəsizlik tədbirləri ilə bağlı olaraq ərazidə jurnalistlərin çalışmasına da icazə verilmir.
Silahlı basqının təşkilatçıları Ermənistanda mövcud rejimi, vəziyyəti silahlı qiyamla dəyişmək niyyətində olduqlarını elan ediblər. \”Biz artıq İrəvanda polisin əsas bazalarından birini ələ keçirmişik və Erebuni kvartalına nəzarət edirik\”.
Ermənistan milli təhlükəsizlik xidmətinin mətbuat xidmətinin məlumatında isə qeyd edilib ki, eyni anda sosial şəbəkələr vasitəsilə qiyamın olması barədə dezinformasiya yayılmasının da qarşısı alınıb. Silahlı şəxslərlə hazırda danışıqlar aparılır. \”İstənilən qanunsuz fəaliyyətin qarşısı alınacaq, səbəbkarlar isə məsuliyyətə cəlb ediləcək\”.
Hazırda polis adıçəkilən rayona aparan bütün yolları bağlayıb.
Ermənistanda silahlı qrup polis idarəsinə bu gün səhər saatlarında hücum edib. \”RİA Novosti\”-nin verdiyi məlumata görə, hadisə paytaxt İrəvanın yaxınlığında, Erebuni rayonunda baş verib. Bir qrup silahlı şəxs binaya daxil olaraq onu ələ keçirib.
Onlar qanunsuz silah saxlamaqda ittiham edilərək həbs edilən “Şuşa” batalyonunun komandiri, keçmiş səhra komandiri, radikal müxalifətçi Jirayr Sefilyanın azad edilməsini tələb edirlər.
O, dövlət çevrilişinə cəhddə ittiham edilərək ötən ay həbs edilmişdi. (ans)
İnterpress.az