ABŞ-ın hərbi qiyamı dəstəkləməsi barədə məlumatlar yalandırbackend

ABŞ-ın hərbi qiyamı dəstəkləməsi barədə məlumatlar yalandır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın RBK agentliyindən xəbər verilir ki, bu barədə ABŞ-ın dövlət katibi Con Kerriinin adından bildirilib.

Məlumata görə, Con Kerri Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu ilə telefon söhbətində də öz həmkarını ABŞ-ın hərbi qiyamda heç bir rolunun olmadığı ilə bağlı əmin edib.

ABŞ Dövlət departamentinin sözcüsü Con Kribinin sözlərinə görə, ABŞ-ın dövlət katibi öz həmkarı ilə söhbətində ABŞ-ın baş tutmayan hərbi qiyama dəstək verməsi barədə yayılan xəbərləri təkzib edərək, qiyamla bağlı təhqiqatın aparılmasında Vaşinqtonun kömək etməyə hazır olduğunu bəyan edib.

C.Kerri Türkiyəni təmkinli olmağa və qiyamın araşdırılması zamanı insan hüquqlarının üstünlüyünə hörmət etməyə çağırıb. (moderator.az)

İnterpress.az