Türkiyədə çevrilişə cəhd edən hərbçilərdən təqsiri sübuta yetirilənlər ömürlük həbs cəzasına məhkum ediləcəklər. Məlumata görə, bu barədə yerli mətbuat məlumat yayıb. Bildirilir ki, araşdırma materialları Ankaradakı Respublika Baş Prokurorluğuda toplanacaq və və bu prosesdə 30 hakim iştirak edəcək. Araşdırmları baş prokuror Harun Kodalak özü şəxsən təqib edir.
Məlumata görə, saxlanan hərbçilərin mühakimə prosesi 6 mərhələdə həyata keçiriləcək. Həmin şəxslər ilk olaraq polis idarəsində ifadə verəcəklər.
Daha sonra onlar məhkəməyə göndəriləcəklər. Tutulanların sayının çox olması səbəbindən məhkəmədə bir neçə hakim iştirak edəcək.
Üçüncü mərhələdə qiyamçılar hakim qarşısına çıxarılacaq, özlərini müdafiə etmələri barədə fikirləri dinləniləcək. Cinayət işlədiyi qənaətinə gəlinənlər həbs ediləcək, günahı sübuta yetirilməyənlərin azadlığa buraxılması ehtimalı gündəmə gətiriləcək.
Dördüncü mərhələdə çevrilişə cəhdin kimin və necə, hansı səbəbdən planlaşdırıldığı kimi suallara cavab axtarılacaq və həmin sualların cavabları aydınlaşacaq. Araşdırmalar zamanı tutulan şəxslərin həbs müddətinin uzadılması da baş verə bilər. Əldə edilən görüntülər və məlumatlar bir-bir araşdırılacaq.
Beşinci mərhələdə dəlillər əsasında ittiham aktları hazırlanacaq. Çevrilişə cəhd etdiyi iddia edilənlər haqqında \”konstitusion quruluşu zorla ortadan götürməyə cəhd\” və \”vətənə xəyanət\” maddələri ilə hakimdən onlara \”ömürlük həbs cəzası\” tələb ediləcək.
Son olaraq isə həmin şəxslər hakim qarşısına çıxarılacaq. İttiham aktı Ankara Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək. Bununla da hakim qarşısında çevriliş edən hərbçilər üçün hesab vermə prosesi baş tutacaq. Hökm oxunduqdan sonra məhkum edilənlərin rütbələri əllərindən alınacaq.
İyulun 15-də axşam saat 22:00 radələrində Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbçisi ölkədə dövlət çevrilişinə cəhd edib. Hadisələr əsasən İstanbul və paytaxt Ankarada cərəyan edib. Hərbçilər əvvəlcə İstanbulun iki böyük magistral “Boğaziçi” və “Fatih Sultan Mehmet” körpülərində avtomobillərin hərəkətini dayandırıblar. Ağır zirehli texnika ilə körpünün giriş-çıxışları bağlanıb.
Prezident Rəcəb Tayyib Ərdoğan xalqa küçələrə çıxmaları barədə çağırış edib. Bu çağırışından sonra xalq meydanlara çıxıb və hərbçilərlə toqquşmalar olub. Nəticədə 265 nəfər həyatını itirib. Öldürülən insanların 161 nəfəri mülki şəxsdir, 104 nəfər isə çevrilişə cəhddə iştirak edənlərdir. Xalqın iradəsi nəticəsində dövlət çevrilişinin qarşısı alınıb. (ans)
İnterpress.az