Hulusi Akar necə girov götürülməsindın danışdıbackend

Hulusi Akar necə girov götürülməsindın danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, Türkiyə parlamentinin fövqəladə toplntısına qatılan H.Akar özünə yaxın olan zabit heyəti tərəfindən girov götürüldüyünü deyib. Ordu generalı bildirib ki, şəxsi köməkçisi və yavəri də daxil olmaqla ətrafındakı bir qrup hərbçi onu həbs etməyə çalışıb.

Baş qərargah rəisi deyib ki, ona doğru silahların tuşlandığı zaman dava-dalaş düşüb. Onun boynundakı göyərti də bu zaman yaranıb.

CNN Türk-ün xəbərinə görə, H.Akar parlament sədri, baş nazir, MHP və CHP liderləri ilə parlamentdə bir araya gəlib və 40 dəqiqəlik görüş zamanı olanları xırdalığına qədər danışıb.

Toplantıda boğazı kəsilərək öldürülən əsgər də gündəmə gəlib. CHP lideri Kamal Kılıçdaroğlu dini işlər üzrə nazir Mehmet Görmezdən məsələ ilə bağlı açıqlama tələb edib. (lent.az)

İnterpress.az