Türkiyədə saxlananların sayı 6 minə çatdıbackend

Türkiyədə saxlananların sayı 6 minə çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə baş verən hərbi çevrilişə cəhddən sonra həyata keçirilən əməliyyatlar zamanı saxlananları sayı 6 minə çatıb. Məlumata görə, bu barədə ölkənin ədliyyə naziri Bəkir Bozdağ açıqlama verib. Onun sözlərinə əməliyyatlar hazırda da davam etdirilir.

\”Hazırda \”təmizləmə\” əməliyyatları davam edir. Saxlananların sayı 6 mini də keçəcək. Bütün bu baş verən çeviriliş cəhdləri ilə bağlı hüquqi proseslər davam etdiriləcək\”.

Hərbi çevrilişə cəhddən sonra bütün ölkəni əhatə edən əməliyyatlar zamanı minlərlə hakim, prokuror və hərbçi saxlanılıb. Barələrində saxlanılma qərarı olan hakim ve prokuror ər-arvad isə ölkədən qaçarkən hava limanında tutulublar. Təkcə İstanbulda 110 hakim və prokuror haqqında saxlanma qərarı verilib.

Təxminən bir neçə saat əvvəl isə Hatay vilayətində 10 hərbçi, 3 polis və 18 hakim saxlanılaraq istintaqa cəlb ediliblər.

Türkiyədə saxlananların sayı 6 minə çatdı

Bəkir Bozdağ – Türkiyənin ədliyyə naziri

İyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var.

Hadisədən sonra Türkiyə ordusunda da böyük həbslər dalğası başlayıb. Türkiyə II Ordusunun komandanı Adəm Huduti, Balıkəsirdəki hərbi hava bazasının komandanı general-leytenant İshaq Dayıoğlu, Malatya qarnizonunun komandanı general-mayor Avni Anqun, III piyada diviziyasının komandanı general-leytenant Xəlil İbrahim Engin və Dənizli qarnizonunun komandanı general-mayor Kamil Özhan Özbakır saxlanılıb. (ans)

İnterpress.az