\”Qaynarinfo.Az\” \”Yeni Şəfəq\” qəzetinə istinadən xəbər verir ki, plan qiyamçıların ələ keçirdiyi Genelkurmay Başqanlığının (Baş Qərargah İdarəsi) binasından tapılıb.
İyulun 15-də saat Bakı vaxtı ilə saat 16.22-də Türkiyə Silahlı Qüvvələrinin mesaj sistemindən göndərilən 3 səhifə və 20 maddədən ibarət sənəddə çevrilişin bütün planı yer alıb.
\”İldırım hərakatı\” adı verilmiş əməliyyat üçün hazırlanan sənədin altında \”Yurdda Sülh Xuntası\”nın lideri, general Mehmet Partikoç və polkovnik Cemil Turhanın imzası var.
Sənəddə yaradılacaq Hərbi Komandanlıq və Hərbi Məhkəmələrdə yer alacaq şəxslərin adları, Ankara və İstanbulda asayişin qorunması üçün atılacaq addımlar yer alıb.
Qiyamçılara göndərilən təlumatda gecə saat 03.00-da (Bakı vaxtı ilə saat 04.00-da) hakimiyyətin ələ keçiriləcəyi barədə təlimat var. Həmçinin yerli vaxtla saat 06.00-da fövqəladə vəziyyət elan olunacağı qeyd edilir.
Sənədədə bildirilir ki, rayon və şəhər valililikləri Hərbi Komandanlığın nəzarətinə keçəcək. \”Bütün polis təşkilatı Hərbi Komandanlığın əmrinə alınıb. Vəzifənin yerinə yetirilməsində qüsurlu davrananlarla bağlı hüquqi qərarlar komandanlar tərəfindən veriləcək. Asayişin və təhlükəsizliyin təmini məqsədi ilə komandanlar, kənd və qəsəbə bələdiyyələri, polis idarələri işbirliyi içində və kordinasiyalı şəkildə çalışacaq. Vətəndaşların da dəstəyinin təmin edilməsi üçün lazım olan tədbirlər görüləcək. Yurdda Sülh Komitəsi tərəfindən qəbul ediləcək bütün təlmat və bildirişlər Genelkurmay Başqanlığının rəsmi saytı vasitəsi ilə elan ediləcək\” deyə sənəddə qeyd edilir.
Çevriliş baş tutacağı halda qiyamçılara dəstək verməyənlər hərbi məhkəmələrə çıxarılacaqdı. Hətta İstanbul, İzmir, Ankara, Diyarbəkir, Van, Şırnak, Eskişəhər, Qaziantep kimi şəhərlərdə hərbi məhkəmələrə rəhbərlik edəcək hakimlərin siyahısı da hazırlanıb. Bəzi şəhərlərdə hətta birdən çox hərbi məhkəmənin qurulması planlaşdırılıb.
İnterpress.az