Erməni KİV-i xəbər verir ki, həbslər həmçinin Yerevanın digər rayonlarında, Gümri, Kirovakan və digər şəhərlərdə də aparılır. Bir sıra siyasi fəallar və müxalif qüvvələrin tərəfdarları tutulub.
Gümridə “Asparez” qəzetinin baş redaktoru, hüquq müdafiəçisi Levon Barseqyan, Kirovakanda isə “Yeni Ermənistan” təşkilatının üzvü Asmik Evoyan atası ilə birgə saxlanılıb.
Hakim partiyanın deputatı Levon Martirosyan bildirib ki, ölkə prezidenti Serj Sarkisyan terrorçulara güzəştə getməyəcək və istefa verməyəcək (Virtualaz.org).
İnterpress.az