Nazir hotellərdə nikah kağızının tələb olunması ilə bağlı sualları cavablandırıb.
Əbülfəs Qarayevin Azərbaycan cəmiyyətində ciddi müzakirələrə yol açan bu mövzu haqqındakı fikirlərini təqdim edirik:
\”Qanunvericilikdə belə bir şey yoxdur. Mən ümumiyyətlə istəməzdim ki, Azərbaycanın mehmanxanaları hər hansı bir formada əxlaqsızlıq yuvalarına çevrilsinlər.
Bu, bizim mədəniyyətimizə, milli dəyərlərimizə cavab vermir.
Qanunvericilikdə heç kəs tələb etmir ki, hər hansı nikah kağızı, hansısa izahat verilməlidir.
Hesab edirəm ki, əgər insan öz pasportunu təqdim edərək öz otağında yaşayırsa onun yanına gələn qonaqların haqqında soruşmağa dəyməz. (ans)
İnterpress.azhttps://youtube.com/watch?v=kzQsKYq7N8I