ABŞ-da dərs deyən azərbaycanlı böyük layihələrindən danışdıbackend

ABŞ-da dərs deyən azərbaycanlı böyük layihələrindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O, Boston, Nyu-York, Melburn kimi şəhərlərdə keçirilən beynəlxalq musiqi festivallarının qalibi olub. Təhsilinin magistratura dərəcəsinə ABŞ-ın Manhattan Konservatoriyasında, doktorluq dərəcəsinə isə Sinsinnati Universitetində yiyələnib.

O, hazırda Sinsinatti Universitetində bəstəkarlıqdan və Şərq musiqi tarixindən dərs deyir.

Türkər Qasımzadə ən on musiqi layihələri və gələcək planları ilə bağlı Moderator.az-a danışıb:

“Fleyta üçün yazdığım “Nəfəs” əsərinin ifası üçün İsveçrənin IGNM təşkilatı və Bern Universitetindən dəvət aldım. Qeyd edim ki, bu əsər məşhur yazıçı, dramaturq Samuel Bekettin eyniadlı kiçik teatr əsərinin musiqi interpretasiyası kimi nəzərdə tutulub. Əsər mayın 28-də İsveçrənin Bern şəhərində yerləşən Musiqi və Teatr Məktəbinin konsert zalında isveçrəli fleytaçı Avital Kohen tərəfindən uğurla ifa olundu, auditoriya ifanı geniş maraqla qəbul etdi.

Başqa bir dəvətim isə İveçrənin Orebro Universitetindən oldu. Dəvətin məzmunu beynəlxalq musiqi festivalında iştirak idi. Həmçinin isveçli musiqiçilər Emeliye Sjostorm və Martin Skuq üçün bəstələdiyim “19 zərif konstruksiyalar” əsərimin bir hissəsinin ifasında iştirak etdim. Əsərin qayəsi Müqəddəs Kitabın- Məryəm surəsinin ilk 19 ayəsinin musiqi təfsirinə cəhddən ibarətdir. Dünyanın əksər ölkələrindən gələn xeyli sayda bəstəkarların əsərləri ilə yanaşı bu əsər də iyunun 11-də Orebro şəhərinin mərkəzində yerləşən böyük kilsədə ifa olundu. Tamaşaçılar tərəfindən maraqla qarşılandı”.

ABŞ universitetində dünyanın bir çox ölkələrindən gələn tələbələrə musiqinin sirlərini öyrədən gənc bəstəkar gələcək planlarından da danışıb:

“Noyabrın 19-u ABŞ-ın Sinsinnati Universitetinin Konservatoriyasında üzərində yeni işlədiyim violençel və kiçik orkestr üçün konsert, o cümlədən solo violonçel üçün \”Tövbələr 9:27\” əsərim ifa olunacaq.

Bundan başqa yaxın gələcəkdə isveçrəli fleytist Avital Kohen ilə birgə mənim və görkəmli İsveçrə bətəkarı Alfred Zimmerlinin diski üzərində işləmək və onun prezentasiyası nəzərdə tutulub.

Solo fortepiano üçün yazdığım “Zikr” əsərinin də ABŞ-da yaxın aylarda premyerası nəzərdə tutulub.

İnterpress.az