14 qiyamçı generala hökm oxundubackend

14 qiyamçı generala hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həbs olunan şəxslər arasında 3-cü ordu komandanı general Ərdal Öztürk, general Əyyub Gürlər də var. Həbs olunan şəxslərə qarşı çevrilişə cəhd, cinayət təşkilatı qurub, idarə etmək, prezidentə hücuma cəhd və qəsdən adam öldürmə maddələri ilə cinayət işi qaldırılıb. Bütün həbs edilən generallar həbsxanaya göndəriliblər.

Qeyd edək ki, bu generalların hamısı dünən İstanbul polisi tərəfindən saxlanılıb.

İyulun 15-də Türkiyədə bir qrup hərbçi çevrilişə cəhd edib. Nəticədə 290 nəfər ölüb, 1400-dən çox şəxs yaralanıb. İndiyə qədər Türkiyədə onlarla general həbs edilib.

İnterpress.az