Mogerini: “Ölüm cəzası mövcud olan ölkə Aİ üzvü ola bilməz”backend

Mogerini: “Ölüm cəzası mövcud olan ölkə Aİ üzvü ola bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə bir bəyanatla Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini çıxış edib.

Bu bəyanatı Mogerini Aİ ölkələri xarici işlər nazirləri və ABŞ dövlət katibi Con Kerri ilə işgüzar səhər yeməyindən sonra verib.

“Ölüm cəzasının mövcud olduğu heç bir ölkə Avropa İttifaqının üzvü ola bilməz” – Mogerini deyib. O həmçinin qeyd edib ki. bu müddəa Avropa İttifaqının qanunvericiliyində də təsbit olunub.

Xatırladaq ki. uğursuz dövlət çevrilişi cəhdindən sonra Türkiyənin prezidenti və baş naziri bu ölkədə ölüm cəzasının tətbiq ediləcəyini istisna etməyiblər. (virtualaz.org)

İnterpress.az