Ali məktəb tələbləri üçün yay universiteti təşkil olunacaqbackend

Ali məktəb tələbləri üçün yay universiteti təşkil olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyindən İnterpress.az verilən xəbərə görə, əmrə əsasən 24 iyul – 7 avqust tarixlərində Bakı və Quba şəhərlərində “Ələddin” layihəsi, Avropa Komissiyası və YUNESKO-nun birgə proqramı olan “Miqrasiya və mədəniyyətlərarası əlaqələrin gələcəyi” adlı yay universiteti keçiriləcək.

Elm, ali və orta ixtisas təhsili şöbəsinə tapşırılıb ki, Bakı Slavyan Universiteti və digər ali təhsil müəssisələrindən Azərbaycan reallıqlarının yay universiteti iştirakçılarına çatdırılması üçün zəngin multikultural dəyərlər barədə məlumat vermək məqsədilə mühazirəçiləri cəlb etsin, Beynəlxalq əməkdaşlıq şöbəsi yay universitetinin yüksək səviyyədə keçirilməsi məqsədilə təşkilati məsələləri, Maliyyə şöbəsi təqdim olunmuş sənədlər əsasında yay universitetinin təşkili ilə bağlı müvafiq xərclərin ödənilməsi ilə əlaqədar tədbirlərin görülməsini, İctimaiyyətlə əlaqələr sektoru yay universitetinin gedişatının kütləvi-informasiya vasitələrində işıqlandırılmasını təmin etsin.
Əmrin icrasına nəzarət Aparat rəhbərinin müavininə həvalə edilib.

İnterpress.az