Bunu İranın Azərbaycandakı səfiri Möhsin Pakayin Fars agentliyi ilə müsahibəsində deyib.
M.Pakayin deyib ki, qərara alınıb ki, ya viza rejimi ləğv olunsun və ya İran vətəndaşları sərhədlərdə və hava limanlarında viza alsınlar və viza verilişi asanlaşdırılsın.
O deyib ki, Novruz bayramında 45 min İranlı Bakı və Naxçıvana səfər edib.
M.Pakayin deyib ki, İranın Azərbaycan Beynəlxalq Bankında 400 milyon dollar pulu qalmışdi və biz bu puldan istifadə edə bilmirdik. “Hazırda bu vəsaitinin bir hissəsi Niko neft şirkətinə investiya yatırmaq üçün və bir qismi isə İranın Mərkəzi Bankına təhvil verilib.”
İranın Azərbaycandakı səfiri deyib ki,İran və Azərbaycan arasında ticarət dövriyyəsi 53 faiz artıb. “2016-cı ilin ilk 3 ayında iki ölkə arasında ticarət dövriyyəsi 53 faiz artıb.Qeyri neft sektorunda hazırda iki ölkə arasındakı ticarət dövriyyəsi 500-700 milyon dollar həcmindədir.”
M.Pakayin İranın Niko şirkətinin Azərbaycanda sərmayə yatırdığını bildirib və deyib ki, neft sektorunda yatırılan sərmayələri də nəzərə alsaq ticarət dövriyyəsi 1 milyard yarım dollar qədər çatır.
Azərbaycan həbsxanalarında hazırda 170 İranlı məhbusun saxlanııldığını deyən M.Pakayin bildirib ki, bu şəxslərdən 40 nəfəri təzə həbs olunub və hələlik məhkəmə qərarı çıxarılmayıb.
M.Pakayinin sözlərinə görə, Azərbaycanda saxlanılan İranlı məhbusların əksəriyyəti narkotik maddələrin daşınması və isitfadəsi ittihamı ilə həbs olunublar.
M.Pakayin əlavə edib ki, hazırda İranda 12 Azərbaycanlı məhbus saxlanılır. “Onların 6-nın Azərbaycana qaytarılmasına dair işlər tamamlanıb və tezliklə ölkələrinə təhvil veriləcək” (maide)
İnterpress.az