İncəcik şaftalı dilimləri sıralandı – şaftalılı tartbackend

İncəcik şaftalı dilimləri sıralandı – şaftalılı tart

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
125 qr kərə yağı
1 ədəd yumurta sarısı
3 x.q. şəkər kirşanı
1, 5 st. un

Krem üçün:
2,5 st. süd
3 ədəd yumurta sarısı
4 x.q. şəkər tozu
4 x.q. qarğıadlı nişastası
Vanil
3 x.q. kərə yağı

Üzəri üçün:
3 ədəd şaftalı

Hazırlanması:
Un və şəkər kirşanı dərin bir qaba əlavə edilir.
Soyuq kərə yağı kiçik parçala bölünüb unlu qarışığa əlavə olunur.
Qarışığa yumurta sarısı əlavə edilib qarışdırılır.
Xəmir yağlı kağızın üzərinə qoyulur, streclə bağlanıb soyuducuya yerləşdirilir.
Xəmir soyuducudan çıxarılır, 3 hissəyə bölünür.
Xəmir tart qablarına yayılır, üstü çəngəllə deştəklənir.
Tart 180 dərəcəyədək qızdırılmış sobada 25 dəq. bişirilir.

Kremin hazırlanması:
Südün üzərinə yumurta sarısı, nişasta və şəkər əlavə edilib qarışdırılır.
Qarışıq bişirilir, soyudulur, vanil və kərə yağı əlavə edilib mikserlə çırpılır.
Krem tartın içərisinə doldurlur, üzərinə dilimlənmiş şaftalı düzülüb servis edilir.

İnterpress.az