Azərbaycanda yaşayan vahabilər təhlükə mənbəyidirmi?-RƏYbackend

Azərbaycanda yaşayan vahabilər təhlükə mənbəyidirmi?-RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-ın Azərbaycanda yaşayan vahabiləri təhlükə mənbəyi hesab etmək olarmı? sualını şərh edən siyasi ekspert Ərastun Oruclu deyib.

Onun sözlərinə görə, hər bir şəxs öz əməlinə görə məsuliyyət daşıyır:
“Ona görə də bunu ümumiləşdirərək danışmaq düzgün deyil. Müxtəlif qruplar və təriqətlər arasında radikal mövqelilər var ki, bunu dövlətin xüsusi xidmət və polis orqanları nəzarətdə saxlamalıdırlar və saxlayırlar. Hüquq fərdi məsuliyyətdi. Dövlət rəsmiləri deyir ki, Azərbaycan 20 min erməni var. Hər kəsə Azərbaycanla Ermənistan arasında olan gərginlik məlumdur. Onda Azərbaycan dövləti bu 20 min ermənini yığıb həbsxanaya atsın? Eləcə də bunu vahiblər üçün və digər qruplaşmalar üçün də edək? Bu cür yaşamaq və davranmaq düzgün deyil. Bu fərdi məsuliyyətdir. Şəxs əməli və hansısa adımları ilə təhlükə mənbəyinə çevrilməyənə qədər onu heç bir məsuliyyətə cəlb etmək, cəzalandırmaq olmaz! Yox əgər şəxsin ideaları, davranışı şübhələr doğurursa nəzarətdə götürülməlidir. Bu cür olmayan təqdirdə hamını nəzarətə götürmək düzgün deyil”.

Gülşanə Mustafayeva
İnterpress.az