Alında qırışları belə yox edinbackend

Alında qırışları belə yox edin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu qırışları daha görünməz etmək üçün ev şəraitində belə maskadan istifadə edin.

10 qr parafin (şam) su hamamında əridilir, 1 ç.q. ərik və 1 ç.q. kakao yağı əlavə olunur, yaxşı qarışdırılır. Qarışıqda 3-4 lay qatlanmış bint isladın və alın nahiyəsinə qoyun.

Binti qoyduqda alın əzələlərini mümkün qədər boşaldın, alnınızı qırışdırmayın. Maskanın üzərini digər bintlə bərkidin.

Bu maskanı üzünüzdə ən azı 1 saat saxlayın. Bu müddət ərzində alnınızı qırışdırmayın. Maskanı çox ehtiyatla çıxardın.

Maskanı bir gündən bir 1 ay ərzində etmək lazımdır. Bu müddət ərzində dəri xeyli hamarlanacaq və qırışlar daha az görünəcək. (gününsesi.az)

İnterpress.az