Məclisdə kifayət qədər spirtli içki qəbul edən şəxs sərxoş halda 3 nəfəri bıçaqlayıb. Biçaq zərbəsinə tuş gələnlərədən ikisi qardaş, digəri isə yaxın qohumdur.
Xəbər verilir ki, Şəmkir rayonunun Bayramlı kəndində keçirilən toy mərasimində kütləvi dava baş verib. Kənd sakini, 28 yaşlı Pərvin Kərimov ağır dərəcəli sərxoş vəziyyətdə 3 nəfər toy iştirakçısını bıçaqlayıb. Yaralılar – 40 yaşlı Nicat Cəfərov, qardaşı 32 yaşlı Seymur və həmkəndliləri 33 yaşlı Mahmud Mahmudov Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Vəziyyəti ağır olan hər üç şəxs cərrahiyyə əməliyyatından sonra reanimasiya şöbəsinə yerləşdirilib.
Nurlan Qurbanov – həkim: \”Bizim xəstəxanaya 3 nəfər bıçaq yarası ilə daxil olub. Vəziyyətləri ağırdır. Xəstə 40 yaşlı Nicat Cəfərov əməliyyat olunan zaman 2 bıçaq yarası aşkarlandı, yaralar işləndi. Xəstələr ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirildi\”.
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pərvin Kərimov saxlanılıb. Faktla bağlı araşdırma aparılır. (milli.az)
İnterpess.az