Eşitmə qüsuru olan 100-dən çox uşaq siyahıya alınıbbackend

Eşitmə qüsuru olan 100-dən çox uşaq siyahıya alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumatda bildirilib ki, ötən il səhiyyə naziri Oqtay Şirəliyev ölkədə bu əməliyyatın icrasına dair əmr imzalayıb. Əmrdə koxlear implantasiya əməliyyatlarının aparılmasına ehtiyacı olan uşaqların qeydiyyatının aparılması, seçilməsi, müayinə və müalicəsi üzrə Komissiyanın yaradılması tapşırılıb.

Yaradılmış komissiya bu günə kimi 250-dən çox lal-kar uşağı qeydiyyata alıb. Müraciət olunan uşaqlar Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasında qulaq burun boğaz xəstəlikləri şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Y. Hacıyevin rəhbərliyi altında dövlət hesabına eşitmə testlərinə cəlb olunur və digər müayinələr aparılır: \”Maliyyə baxımından çox baha başa gələn bu əməliyyatların dövlət hesabına icra olunması bir daha dövlətin əhalinin sağlamlığına verdiyi diqqət və qayğının bariz nümunəsidir.

Müayinələrdən sonra 120 uşaq koxlear implant əməliyyatın icrası üçün seçilib. Bu günə kimi Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 18 uşaqda uğurla koxlear implant əməliyyatı aparılıb. Hazırda 100-dən çox uşaq koxlear implantatsiya əməliyyatı üçün siyahıya alınıb və Səhiyyə Nazirliyinin dəstəyi ilə əməliyyatların icrası davam edir\”.

Qeyd edilib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına əsasən bu gün dünyada 360 milyona yaxın insan karlıq və ya eşitmə qabiliyyətinin zəifliyindən əziyyət çəkir. Onlardan 165 milyonu – 65 yaşdan yuxarı şəxslər, 32 milyonu eşitmə maneəli 15 yaşınadək uşaqlardır. ÜST-ün hesabatına görə, eşitmə itkisinə əsas səbəb kimi genetik faktor (qohum nikahlar ) ana bətnində infeksiyalar, müxtəlif səpkili qulaq iltihabları, meninqit, məxmərək və s xəstəliklər ola bilər.

İnterpress.az