10 nəfəri gün vurdubackend

10 nəfəri gün vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının baş həkimi İnterpress.az-a Rauf Nağıyev deyib.

Onun sözlərinə görə, yalnız bir nəfər xəstəxanaya yerləşdirilib.

Amma iyulun ikinci ongünlüyündən havanın hərarəti yüksələrək 39-41 dərəcəyə çatacaq. Deməli, günvurma mövsümü də başlayacaq.

Həkimlər günvurmadan qorunmaq üçün saat 11:00-18:00 arası açıq havada olmamağı məsləhət görürlər. Gün vuran şəxs kəskin başağrısı, başgicəllənmə, halsızlıq, ümumi zəiflik, ürəkbulanma, qusma, bədən temperaturunun 40 dərəcədən çox yüksəlməsi, dərinin qızarması, nəbzin tezləşməsi, ürək ritminin pozulması, qulaqlarda küy, huşun itirilməsi ilə müşahidə edilir.

Ağır dərəcəli günvurma ölümlə nəticələnə bilər. Buna görə də gün vuran şəxsi sərin yerdə uzatmaq, sərin su içirtmək, alınını soyuq su ilə silmək lazımdır. Bundan sonra isə həkimə müraciət etmək lazımdır.

İnterpress.az