Bu gün günorta saat 12:00 radələrində Gəncə Şəhəri, Məhsəti qəsəbəsində yeni salınan yaşayış massivində Vüqar İmanova məxsus, ümumi sahəsi 25 kvadratmetr olan fərdi yaşayış evində yanğın baş verib.
Dərhal hadisə yerinə Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 3 yanğınsöndürmə briqadası cəlb olunub. Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, bir otaqlı ev əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb. Yanğınsöndürmə briqadası yalnız alovun ətraf ərazilərə yayılmasının qarşısını ala bilib.
Yanğın baş verən zaman mənzildə ev sahibi V.İmanovdan başqa heç kim olmayıb. Hadisə barədə Yanğından Mühafizə İdarəsinə isə qonşular məlumat verib.
Baş vermiş hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin müvafiq sutrukturları ilə yanaşı, Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsində də araşdırma aparılır.
İnterpress.az