Bankların seyf icarəsi QİYMƏTLƏRİ – VİDEObackend

Bankların seyf icarəsi QİYMƏTLƏRİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu əşyaların mühafizəsi üçün banklar seyf xidməti təklif edir.

Vətəndaş bankdakı seyfi icarəyə götürür və içinə pul, sənəd, qızıl, bir sözlə, istənilən əşyanı yerləşdirə bilir.

Əməkdaşlarımız seyflərin icarə qiyməti və təhlükəsizlik məsələləri ilə maraqlanıblar.

Məlumata görə, seyfin iki açarı olur. Onlardan biri seyfi icarəyə götürən şəxsə verilir, digəri bankda qalır.

Ancaq seyfi açmaq üçün açarların ikisi də tələb olunur.

Bank nümayəndəsi ilə icarədar eyni vaxtda seyfə açarı daxil edir, sonra bankın işçisi otağı tərk edir, icarədar işini bitirdikdən sonra seyfi bağlayıb telefon vasitəsilə səlahiyyətli nümayəndəni çağırır.

Bank seyfdəki əşyalar barədə məlumatsız olur.

Seyf illik və ya aylıq icarəyə götürülə bilər.

Seyflərin illik icarə haqqı isə 90-5000 manat arasında dəyişir. (milli.az)

İnterpress.az