Bazarda keyfiyyətsiz plastik məhsul və boyalar var – VİDEObackend

Bazarda keyfiyyətsiz plastik məhsul və boyalar var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, bunu Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun əməkdaşı, professor İslam Mustafayev bildirib.

İslam Mustafayevin sözlərinə görə, bəzi müəssisələrdə kustar şəraitdə, texnoloji tələblərə cavab vermədən plastik tikinti materialları və boyalar istehsal olunur. Bu cür məhsullardan istifadə zamanı kimyəvi maddələr toz halına gəlir ki, bu da insan orqanizmi üçün təhlükəlidir.

Araşdırma zamanı Azərbaycanda istifadə olunan 30 boya nümunəsindən 23-də qurğuşunun qatılığı yol verilən həddən yüksək olub. Bu da boyadan istifadə edən vətəndaşların sağlamlığına bir təhlükədir. Mütəxəssislər plastik tikinti materialları və boya alanların keyfiyyət sertifikatını tələb etməyini tövsiyə edirlər.

Keyfiyyətsiz plastik tikinti materialları insan orqanizmi üçün ciddi fəsadlar yarada, hətta xərçəng xəstləyinin yaranmasına səbəb ola bilər. (milli.az)

İnterpress.az