Yaponiyada zəlzələ baş veribbackend

Yaponiyada zəlzələ baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”TASS\”- in verdiyi xəbərə görə, 5 maqnitudalı yeraltı təkanlar ölkənin mərkəzi hissəsində qeydə alınıb.

Ölkənin Milli Meteoroloji İdarəsinin yaydığı məlumata görə, zəlzələnin episentri Tokio yaxınlığındakı İbaraki prefekturasında, zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib.

Milli Meteoroloji İdarəsi sunami təhlükəsi elan etsə də, bir neçə dəqiqə sonra həmin xəbərdarlıq ləğv edilib. Yeraltı təkanlar ölkənin ümumilikdə 13 prefekturasında hiss edilib.

Zəlzələnin gücündən bəzi sürətli qatarların hərəkəti bir neçə dəqiqə ərzində dayandırılıb. Dağıntı və tələfat haqqında məlumat verilmir. (apa)

İnterpress.az