1 mln. dollar rüşvət alan Komitə rəhbəri həbs olundubackend

1 mln. dollar rüşvət alan Komitə rəhbəri həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, sentyabrın 15-dək həbs-qətimkan tədbiri həmçinin Rusiya İstintaq Komitəsinin Daxili Təhlükəsizlik Xidmətinin rəhbəri Mixail Maksimenko və onun müavini Aleksandr Lamonov barəsində də seçilib.

Məlumata görə, Nikandrov, Maksimenko və Lamonov rüşvət almaları barədə ittihamı qəbul etməyiblər.

Rusiya İstintaq Komitəsinin saxlanılan üç rəhbər şəxsi “qanuni oğru” Şakro Molodoydan (Zaxariy Kalaşov) rüşvət almaqda şübhəli bilinirlər.

Qeyd edək ki, Federal Təhlükəsizlik Xidməti ötən gün Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsi rəhbərinin müavini Denis Nikandrovu saxlayıb.

Federal Təhlükəsizlik Xidməti qeyd olunan şəxsləri 2016-cı ilin yanvarından izləyib.

FTX-dən verilən məlumata görə, saxlanılan şəxslər səlahiyyətlərini aşmaqda və rüşvət almaqda şübhəli bilinirlər. Onların iş yerlərində və evlərində axtarış aparılır.

Məlumata görə, Nikandrov böyük məbləğdə pul müqabilində “Şakro Molodoy”un cinayət işi ilə bağlı məsələni “həll edəcəyini” vəd edib. Onun bir milyon dollar rüşvət aldığı bildirilir. (apa)

İnterpress.az