Mafiya işi: Rusiya FTX-si daha iki məmuru həbs etdibackend

Mafiya işi: Rusiya FTX-si daha iki məmuru həbs etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verilir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Həbs edilən şəxslər Rusiya İstintaq Komitəsinin Şəxsi Təhlükəsizlik İdarəsinin rəhbəri Mixail Maksimenko və onun müavini Aleksandr Lamonov olublar.

Qeyd edək ki, bundan öncə İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin rəhbəri Denis Nikandrov həbs edilib. Bu şəxslərin hər biri Zaxariya Kalaşov işinə görə həbs edilib.

Kalaşov “Elements” restoranının sahibindən külli miqdarda pul tələb edilməsi ilə bağlı açılan cinayət işiylə əlaqədar tutulub.

Zaxariya Kalaşov Tiflisdə anadan olub. O, əslən yezidi kürddür. Kalaşov 2005-ci ildə İspaniya polisinin rus mafiyasına qarşı keçirdiyi xüsusi əməliyyatdan canını qurtara bilib. Lakin sonradan 2006-cı ildə Birləşmiş Ərəb Əmirliklərində həbs edilərək, İspaniyaya ekstradisiya edilib. Həbsdən azad edildikdən sonra yenidən Rusiyaya qayıdıb. O, 2013-cü ildə Aslan Usoyanın (Ded Xasan) öldürülməsindən sonra rus mafiyasının əsas lideri hesab edilir. İddialara görə, Kalaşov hətta Ded Xasanın əsas əleyhdarlarından biri olan Rövşən Lənkəranski haqqında da ölüm qərarı çıxarıb.

Kalaşov Rusiya kəşfiyyatı ilə də çalışıb. İspaniya prokuroru Xose Qrindanın iddiasına görə, məhz Rusiya hərbi kəşfiyyatının istəyi ilə Kalaşov Türkiyədəki vəziyyətin destabilizasiyası üçün bu ölkədəki kürdlərə illeqal silah verib. (musavat)

İnterpress.az