İntterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə İranın Xarici İşlər naziri Cavad Zərif həyacan təbili çalışb.
Belə ki, dünən şam namazından öncə Səudiyyə Ərəbistanının iqtidar nümayəndələri Bəhreyn şiələrinin lideri Şeyx İsa Qasimin evinə hücum edərək onu həbs etmək istəyiblər.
Amma təxminən bir aya yaxındır onun evinin önündən çəkilməyənn tərəfdarları onların bunu etməsinə icazə verməyiblər.
Vəziyyət sakit olsa da qoşun məhəllənin ətrafından geri çəkilməyib. Dindarlar ruhaniləri xalqı Şeyx İsa Qasimi qorumağa səsləyib.
İranın xarici işlər naziri Cavad Zərif də bir az öncə Tvitter səhifəsində dünya ictimaiyyətini Bəhreyn hadisələrinə biganə qalmamağa çağırıb. O deyib ki, biz gərək məntəqədə yeni çaxnaşmanın yaranmasının qarşısını alaq.
İnterpress.az