O, 1970-ci ildə Bakı şəhərində anadan olub. 1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirib.
Həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1992-ci ildə ordan məzun olub.
1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub.
Anar Məmmədxanov Avrasiya Radio və Televiziya Akademiyasının üzvü idi.
1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olub.
O, 2011-ci il aprelin 23-də qəfil ürək tutması nəticəsində vəfat edib.
Evli idi, üç övladı yadigar qalıb.
Allah rəhmət eləsin! (moderator.az)
İnterpress.az