1. Matsutak göbələyi – 1000 dollar.
Göbələyin bahalı olmasının səbəbi nadir tapılmasıdır. Yaponiyada nadir yetişən və torf göbələyinə yaxın olan güclü ətri ilə yeməklərə ləzzət qatır.
2. Çörək – 1000 dollar.
Aşbaz Frank Tujaqua tərəfindən Nyu-Yorkdakı Vestin Otel üçün hazırlanan bu çörəyin içində torf kremi və yeyiləbiləcək qızıl var.
3. Qayğanaq – 1000 dollar.
Nyu-Yorkdakı Parker Meridien Otelindəki restoranda qayğanağa 6 yumurta ilə bərabər 300 qram Sevruqa kürüsü və 1 ədəd xərçəng qatılır. Üstü kürü ilə örtülür.
4. Vaqnu əti – 2800 dollar.
Dünyanın ən qiymətli əti hesab olunur. Yaponiyanın Kobe şəhərində yalnız pivə ilə və hər gün massaj olunaraq bəslənən öküz ətidir.
5. Samundari Xazana – 3200 dollar.
Bu ən qiymətli su məhsulu sayılır. Bu yeməyin içərisinə kürü, dəniz ilbizi, xərçəng və yeyiləbilən qızıl qoyulur. Bu dəbdəbəli yemək Londondakı Bomey Brasseridə hazırlanıb qonaqlara təqdim edilir.
6. Royal pizza – 4200 dollar.
Royal pizza Dom Periqnon sampanına batırılmış, İsveç qızıl balığı, kürü, tünd sirkə, maral ətəndən hazırlanır. Əlavə olaraq 24 əyarlı qızılla bəzədilir.
7. Dansuk qarpızı – 6100 dollar.
Bu qarpız təkcə Yaponiyanın şimalında yerləşən Hokkaido adasında yetişir. Qarpız qara rəngdə və dairəvi olur. Dansuk qarpızından hər sezonda 65 ədəd yetişir.
8. Yubari yemişi – 22 872 dollar.
Yubari yemişi də Yaponiyada yetişir. Bu yemiş vulkanik torpaqda yetişdiyi üçün dünyanın ən sulu və ən ləzzətli yemişi sayılır. Tam bir dairə şəklində və nazik qabıqlı olur.
9. Almaz kürü – 25 000 dollar.
Beluqa balığının yumurtasından əldə edilən almaz kürüsünün yarım kilosu 8 400 ilə 15 500 dollar arasında dəyişir. Bu kürünü bahalı edən onu tökən balığın, dünyada mövcud olsa da nəsli tükənməkdə olmasıdır. Balıq Xəzər dənizində yaşayır.
10. İtalyan ağ alba göbələyi – 160 406 dollar.
Göbələklərin \”billur qədəhi\” olaraq tanınan bu göbələyin bahalı olmasının səbəbi gözəl dada, xüsusi ətrə və nadir hallarda tapılmasına görədir. (qadın ruhu.az)
İnterpress.az