“Mətbuata xidmət edənlər” layihəsinin qalibləri bəlli oldubackend

“Mətbuata xidmət edənlər” layihəsinin qalibləri bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Jurnalistlər Şəbəkəsi və “ACT Azərbaycan” araşdırma şirkətinin birgə keçirdiyi “Mətbuata xidmət edənlər” layihəsinin sorğu nəticələri iyulun 20-də ictimaiyyətə açıqlandı. Bu araşdırma ilə ölkənin ən çox seçilən jurnalistləri və mətbuat katibləri müəyyən oldu.

Layihəyə əsasən müxtəlif qurumların mətbuat katibləri və sorğuda iştirak edərək 5 kateqoriya üzrə (iqtisadiyyat, siyasət, sosial, mədəniyyət və idman jurnalistikası) fəaliyyətini bəyəndikləri jurnalistləri müəyyən ediblər. Ölkənin fərqli media qurumlarında çalışan jurnalistlər isə öz növbələrində 2 sahə üzrə (dövlət strukturu və biznes strukturu) yaxşı hesab etdiyi mətbuat katiblərini seçiblər.

Sorğuda iştirak edən 70 mətbuat katibinin fikrincə seçilən 5 jurnalist bunlar olub:
• İqtisadiyyat jurnalistikası üzrə Fins.az saytının rəhbəri Əli Əhmədov
• Siyasət jurnalistikası üzrə “Yeni Müsavat”qəzetinin əməkdaşı Elşad Paşasoy
• Sosial sahə jurnalistikası üzrə Modern.az saytının əməkdaşı Gülşən Raufqızı
• İdman jurnalistikası üzrə ATV kanalının aparıcısı Sənan Şəfizadə
• Mədəniyyət jurnalistikası üzrə isə APA-nın əməkdaşı Ülkər Qasımova.

Media ilə əlaqələrin qurulmasında ən məhsuldar çalışan mətbuat katibləri isə 100 jurnalist arasında keçirilmiş anket sorğusu əasında müəyyənləşdirilib. Sorğuda iştirak edən jurnalistlər dövlət sektoru üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovaya daha çox səs veriblər. Özəl sektorda isə “Bakcell” şirkətinin Korporativ Kommunikasiya bölməsinin rəhbəri Süheyla Cəfərova qalib olub.

Layihənin əsas məqsədi 22 iyul Milli Mətbuat Günü ərəfəsində il ərzində mediada fəaliyyəti ilə fərqlənmiş ən yaxşı mətbuat katibləri və jurnalistlərin adlarını müəyyənləşdirmək idi.

Bu layihə jurnalist Gülşanə Mustafayevanın ideya müəllifliyi və təşəbbüsü əsasında ötən il həyata keçirilmiş “Mənim mətbuat katibim” layihəsinin davamıdır. Bu dəfə layihə daha da genişləndirilərək maraqlı tərəfləri bir araya gətirmiş, daha çox jurnalisti və mətbuat katibini əhatə etməyə hesablanmışdır.

Azərbaycanda ilk dəfədir ki, peşəkar araşdırma şirkəti tərəfindən ilin jurnalistləri və mətbuat katibləri seçilir.

İnterpress.az