Hacı Şahinin Facebook səhifəsi ələ keçirildi və…backend

Hacı Şahinin Facebook səhifəsi ələ keçirildi və…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O bildirib ki, onun ələ keçirilmiş səhifəsində Azərbaycanda olan dini dözümlük mühitinə ciddi zərbə vura biləcək təbliğat aparılıb, dini zəmində qarşıdurmalara səbəb ola biləcək hərəkətlərə yol verilir və mövqeyini əks etdirməyən məlumatlar paylaşılıb:

\”Bu səbəbdən biz Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinə müraciət edərək səhifənin geri qaytarılmasına nail ola bildik. Bəlli olduğu kimi, səhifəyə hücüm edən şəxslər dini tematikaya aid digər resurslara da hücum edib və cəmiyyətimizin sabitliyinə zərbə vura biləcək hərəkətlərə yol veriblər.
Bu səbəbdən, cinayətkarların qanunla cəzalanması və gələckdə dini zəmində münaqişələrin qarşısını almaq məqsədilə müvafiq dövlət qurumlarına müraciət olunub\”.

Hacı Şahin operativ yardımlarına görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elelktron Təhlükəsizlik Xidmətinin əməkdaşlarına, həmçinin də təxribatlara etinasız qaldıqları üçün səhifənin izləyicilərinə təşəkkür edib.

Hacı Şahin onu da əlavə edib ki, bu barədə başlanan istintaq sona çatmayana kimi heç bir sualı cavablandırılmayacaq.
İnterpress.az