Məlumata görə, rayonun Aşağı Quşçu kənd sakini, 1961-ci il təvəllüdlü Gül Rzayeva, onun qızı, 1989-cu il təvəllüdlü Aliyə Hacıyeva, nəvəsi, 2003-cü il təvəllüdlü Oruc Hacıyev zəhərlənmə əlamətləri ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Onlara dərhal tibbi yardım göstərilib. Məlumata görə, zəhərlənənlər evdə yemiş yeyiblər və səhhətləri pisləşdiyi üçün müraciət ediblər. (apa)
İnterpress.az