\”Report\” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin mətbu orqanında məlumat verilib.
Bunlardan biri Rusiyanın \”AKTAVİS\” şirkətidir. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 20, mənzil 25 ünvanında bildirə bilərlər.
Digər şirkət Böyük Britaniyanın \”Bİ CEY SERVİSEZ KOMPANİ MİDL İST LİMİTED\”dir. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi 3, 15-ci km ünvanında bildirə bilərlər.
Nümayəndəliyi ləğv olunan 3-cü şirkət isə İsveçrənin \”SCHERİNG-PLOUGH CENTRAL EAST AG\”dir. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A ünvanında bildirə bilərlər.
İnterpress.az