Deraxti yazıb ki, onlar \”Azər Space\” telekanalına ayda 15000 dollar ödədikləri halda, Euro Az kanalının yayımını dayandırılıb.
C.Derəxti yazıb: \”Dünya azərbaycanlılarının 4-cü qurultayında Azərbaycan prezidenti kimi Sizin qurultay iştirakçılarına müraciət edərək, saytılar yaradın, radio və televeziya kanalları açın tövsiyənizdən ruhlanaraq mən də, Moskvada yaşayan hörmətli soydaşımız Mirəşrəf Fətiyevlə birlikdə 2013-ci ildə İsveçin Malmö şəhərində Euro Az kanalını yaratdıq, daha sonra Bakıdan sayın Məmməd Rəhimovla bu işə profesional olaraq davam etdik. Gözəl proqramlar hazirladıq. Tam o sırada “Azər Space”dən yayımlanarkən bu kanalın yayımı 20 sentyabr 2015 tarixində birdən-birə, bizim də bilmədiyimiz səbəblərdən dayandırıldı. İsveç kimi bir ölkədə qeydiyatdan keçmiş, Azərbaycanın təbliğinə xidmət edən bir kanalın yayımı Azərbaycanımıza məxsus bir peykdən əngəllənirsə, bu hadisə biz diaspor nümayəndələrini həddən artiq narahat edir. Cənab Prezident! Azerbaycanın milli dəyərlərinə sədaqətlə xidmət edən və Azərbaycan həqiqətlərini dünyaya çatdıran Euro Az kanlalının yayımının yenidən bərpa olunması üçün “Azər Space” rəhbərliyinə tapşırıq verməyinizi xahiş edirəm\”. ( musavat.com )
İnterpress.az