Daha çox xarici firmaların, şirkətlərin məhsulları kosmetika bazarımızda üstünlük təşkil etsə də artıq demək olar ki, yerli məhsulların istehsalına rast gəlmək mümkündür.
Hal-hazırda söhbət açacağımız mövzu təbii kosmetik vasitələrlə bağlıdır. Belə ki, yerli kosmetik bazarın formalaşmasında, ilk və yeganə təbii kosmetika istehsalçısı “Gazelli Group”un xüsusi yeri var.
“Gazelli-Gorup” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yelena Eyvazlı Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən adıçəkilən şirkətə jurnalistlər üçün press-tur təşkil edib.
Jurnalistlər şirkətlə tanışlıq zamanı yerli məhsullarımızın istehsal prosesi ilə yaxından tanış olub.
Şirkətin mətbuat rəhbəri Yelena Eyvazlı bildirib ki, fabrik Azərbaycanın ilk və yeganə kosmetika istehsalçısıdır.
““Gazelli-Group” 1999-cu ildən fəaliyyət göstərir. İlk və yeganə kosmetik vasitələr istehsal edən şirkətdir. Bildiyiniz kimi Azərbaycan təbiəti çox zəngindir və burada 11 iqlim qurşaöından 9-u yerləşir, bu imkanlardan istifadə etməmək günah olardı. Bu səbəbdən də “Gazelli-Group” bu gün bütün məhsulların təbiiliyinə zəmanət verə bilir”.
Yelena Eyvazlı onu da vurğulayıb ki, məhsullar hazırlanarkən meyvə-tərəvəzlərin ekstraktına üstünlük verilir. “Bu zaman nar, heyva, əncir, tərxun kimi meyvə və tərəvəzlərdən istifadə edilir. Elə məhsullarımız var ki, tərkibində xına, kürü, hətta naftalan yağları və vulkan palçığı da var. 17 ildir bazarda olan “Gazelli Qroup”un məhsullarına təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də tələbat var”.
Gazelli Group” şirkətinin təmsilçisi Nigar Ramazanova çıxışı zamanı deyib ki, şirkət məhsulların istehsalı zamanı təbii nemətlərə üstünlük verir. “Fikir verirsinizsə, məhsullarımızın üzərində hansısa qadın siması yoxdur. Devizimiz budur ki, hər bir qadın gözəldir və bu gözəlliyi üzə çıxarmaq lazımdır”.
Nigar Ramazanova məhsulların halallıq məsələsinə də toxunub. Şirkətdə məhsullara Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən “Halallıq” sertifikatı da verilib.
Şirkətin məhsulları digər xarici ölələrə də ixrac olunur. Məhsullar artıq İngiltərə, Almaniya, Türkiyə, Rusiya və Gürcüstan bazarlarına çıxarılıb.
Şirkətlə tanış olarkən bəlli oldu ki, Gazelli-Group” müasir avadanlıqlarla təchiz olunmuş fabrikə və elmi-tədqiqat laboratoriyasına malikdir. 12.000kv.m sahəyə malik olan fabrik ekoloji zonada yerləşir. Fabriklə tanış zamanı bəzi ağacların kəsilmədiyinin şahidi olduq. Həmin ağaclar binanın içində qorunub saxlanılır ki, bu da ekoloji tərəfdən alqışa layiqdir.
Şirkətin elmi sınaq departamentinin rəhbəri Leyla Dadaşova müəssisəyə daxil olan xammalın laborotoriyada müayinə olunduğunu dedi.
“Biz öz istehsalçılarımızdan təhlükəsizlik sertifikatı tələb edirik və həmin sənəd üzrə analızlır aparırıq. Lazım olan məhsul qəbul edilir gərəksiz məhsul kənarlaşdırılır. Bu yaxınlarda parfüm də istehsal edəcəyik. Hazırda bazarda olan “Aroma Collection” və “Buta” məhsullarımız bitki ekstraktları əsasında istehsal olunur. Ekstraktları özümüz alırıq və analiz edirik”.
Şirkətlə tanışlığımız zamanı əməkdaşların rahatlığının da şahidi olduq. 250 nəfərdən çox əməkdaşı olan şirkət işçiləri gündəlik nahar yeməyi ilə təmin olunurlar. Hər bir işçi üçün rahat şərait yaradılıb. Hətta, işçilər arasında əllilər, qaçqın və məcburi köçkünlər, himayəsində əlil uşaqlar olanlar da var.
“Gazelli-Group”un baş texnoloqu Yusif İsmayılov jurnalistləri istehsalat otaqları ilə tanış edib. Bildirib ki, şirkətdə 14 istehsalat xarakterli otaq var. Jurnalistlər isə məhsulların qablaşdırılması, doldurulması etiketlənməsi və necə markalanması ilə yaxından tanış olublar.
Həmçinin, “Gazelli-Group” şirkətində bütün məhsullar insan əli toxunmadan qablaşdırılır ki, bu da məhsulların təmizliyinə əminlik yaradır.
Qeyd edək ki, \”Gazelli\” kosmetika şirkəti AZAL prezidenti Cahangir əsgərovun xanımına məxsusdur. \”Gazelli\” ingiliscədən tərcümədə ceyran deməkdir.