Bunu İnterpress.az–ın sorğusuna cavab olaraq AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.
Qrum rəsimi Türkiyədə fövqəladə vəziyyətin elan olunması ilə bağlı Azərbaycandan Türkiyəyə uçuşlarda azalma varmı? sualına cavab olaraq bildirir ki,Türkiyədə baş vermiş son hadisələr ilə əlaqədar olaraq, əvvəlki günlərlə müqaisədə, aviaşirkətimizin İstanbul və Ankara istiqamətindəki uçuşlarında sərnişinlər tərəfindən aviabiletlərin qaytarılması və ya uçuş tarixlərinin dəyişdirilməsi hallarına təbii ki, rast gəlmək olur. Lakin bele halların çox az olduğunu nəzərə alaraq xüsusi bir statistika aparmağı məqsədəuyğun saymadığımızdan dəqiq rəqəm söyləmək mümkün deyil.
Paşa Kəsəmənski bildirir ki, sərnişinlərin rahatlığını düşünərək, aviaşirkət rəhbərliyi tərəfindən qəbul olunmuş qərara əsasən, “Azərbaycan Hava Yolları”-nın 16 iyul – 20 iyul 2016-cı il tarixinədək Türkiyənin İstanbul və Ankara istiqamətlərində uçan reyslərə, 15 iyul 2016 tarixinə kimi öncədən aviabiletlər əldə etmiş sərnişinlər (onların istəkləri əsasında), digər tarixlərə pulsuz dəyişdirə və ya bu aviabiletləri cəriməsi qaytara bilərlər (15 avgust 2016-cı il tarixinə qədər müraciət olunması şərti ilə):
\” Xüsusən qeyd etmək istəyirik ki, “Azərbaycan Hava Yolları” Türkiyə istiqamətindəki uçuşları öncədən təsdiq olunmuş uçuş cədvəlinə əsasən müntəzəm olaraq həyata keçirilir\”.
Gülşanə Mustafayeva
İnterpress.az