Hindistanın Silikon Vadisi olaraq tanınan Banqalore və Çennai şəhərlərindəki iş adamları işçilrinin filmi izləmək məqsədi ilə müxtəlif bəhanələrlə işdən yayınmasının qarşısını almaq üçün belə qərar veriblər.
Hətta bəzi iş yerlərində şirkət rəhbərləri, xüsusən də, həyacanla filmə baxacağını gözləyən gənclərə sürpriz də ediblər. Belə ki, cümə günü izlənəcək filmə baxmaq üçün biletlər gənclərə hədiyyə olaraq təqdim edilib. Filmə hədsiz marağı nəzərə alan Air Asia Havayolları Rajinikanzın heyranları üçün Banqaloredən Çennaiyə özəl uçuş da düzənləyib. Sadəcə, 180 nəfərin qəbul ediləcəyi uçuşa qatılanlar, “Kabali”yi təyyarədə seyr edəcəklər.
Banqaloredəki bəzi otellərdə də filmin özəl nümayişləri düzənlənəcək. Filmin premyerasının biletlərinin qiyməti 300 rupiyə ( 20 dollara yaxın) satılıb. Hindistanın və ümumilikdə Asiyanın ən məşhur və ən çox qazanan aktyoru kimi tanınan 65 yaşındakı Rajinikanzın yeni filmi “Kabal”ın premyerası iyulun 22-də, cümə günü 12 min nəfərlik tamaşaçı tutan salonda nümayiş ediləcək.
Qeyd edək ki, bir mafiya başçısının həyatını əks etdirən film Tamil dilində çəkilib, sonradan isə Təlufu, Hindi və Malay dillərinə də dublaj edilib. Film hələ nümayiş etdirilməsə də, indidən TV kanalları arasında da böyük rəqabətə yol açıb. Filmin nümayiş etdirəcək TV-lər bunun üçün 30 milyon dolla ödəyiblər. Xatırladaq ki, məşhur aktyor Rajinikanz aktyorluq karyerasına 1973-cü ildə avtobus sürücüsü işləyərkən başlayıb.
Sonralar Madras Kino İnstitunu bitirib, aktyorluq diplomu alan Rajinikanz əksəriyyəti Tamil dilində çəkilmiş 170-dən çox filmdə rol alıb.(gununsesi.info)
İnterpress.az