“Keçmiş MTN naziri mənə deyirdi ki, Allahına zəng vur, istintaqa gəlsin”backend

“Keçmiş MTN naziri mənə deyirdi ki, Allahına zəng vur, istintaqa gəlsin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verilir ki, Ələsgərovun nazirliyi dövründə Naxçıvan MTN-in əməkdaşları tərəfindən həbs olunan, İŞİD-ə məlumat ötürməkdə ittiham edilən, sözügedən idarədə ağır işgəncələrə məruz qalan keçmiş hərbçi N.Ağasıyev deyib:

\”Məhkəmədə başıma gətirilən əhvalatları danışdım. Bu zaman Vəli Ələsgərov ağlaya-ağlaya məhkəmənin sədri Qasım Əliyevə dedi ki, mənim evdə 5 gözləyənim var, göydə Allah var, mənə yazığınız gəlsin. Mən onda sual verdim ki, bəs sənin evində 5 nəfər gözləyənin varsa, mənim evimdəkilər kim idi?! Və yaxud, əgər sən Allahı tanıyırdınsa, niyə içəridə telefonu uzadıb deyirdin ki, zəng vur, gəlsin görək Allah kişidir, ya arvad?\”

Qeyd edək ki, V.Ələsgərov bir müddət əvvəl Naxçıvanda həbs edilib. Daha sonra barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Bir neçə gün əvvəl isə yenidən məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Sabiq nazir vəzifə səlahiyyətlərini aşmaqda, dövlət əmlakını talamaqda, qulluq mövqeyindən sui-istifadə etməkdə, telefon danışıqlarını qanunsuz dinləmədə və digər cinayətlərdə ittiham olunur.

V.Ələsgərov 15 il Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. (virtualaz.org)

İnterpress.az