Amerikada yaşayan ürək-damar cərrahı Prof. Mehmet Öz tədbirlərin birində ömrü uzadan içkinin reseptini açıqlayıb. Bu içki artıq Amerikada çox məşhurdur. Professor bunu açıqladıqdan sonra yüzlərlə zəng və e-mailin gəldiyini deyib.
Gündə 3-4 stəkan içilməsi tövsiyə olunan bu içki doping təsiri yaradır, artıq çəkilərdən uzaqlaşdırır və uzun ömür bəxş edir. Səkkiz fərqli tərəvəz ilə hazırlanan bu içki immunitet sistemini qüvvətləndirir, içindəki antioksidantlar uzun və gənc həyat keçirməyə dəstək olur. Uşaqdan böyüyə qədər hər kəs bu qarışıqdan içə bilər.
Cavanlıq içkisinin hazırlanma qaydası:
2 kasa ispanaq
2 ədəd xiyar
1 kərəviz
¼ hissə zəncəfil kökü,
Cəfəri
2 ədəd alma
1 çimdik cökə,
0,5 ədəd limon.
Hazırlanması:
Limon, xiyar, ispanaq, cəfəri, zəncəfil kökü, kərəviz, alma şirəçəkəndən keçirilir, üzərinə çökə çiçəyinin dəmləməsi əlavə edilib qarışdırılır.
İçki gün ərzində 3-4 dəfə içilir. (leydi.az)
İnterpress.az