“CNN Türk”ün verdiyi məlumata görə, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bu məsələnin əsas müzakirə mövzularından biri olduğunu söyləyib.
O, Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbçisinin dövlət çevrilişinə cəhd göstərməsinə də münasibət bildirib: “Bunlar Türkiyə Silahlı Qüvvələrinin içərisinə sızmış Fətullahçı terror təşkilatının (FETÖ) üzvləridir. Ona görə həmin FETÖ-çularla Türkiyə Silahlı Qüvvələrini bir-birindən ayırmaq lazımdır.
Həmin şəxslər vətənə xəyanət ediblər. Ancaq bunu tamamilə Türkiyə ordusuna şamil etmək yanlış olar. Türkiyə Silahlı Qüvvələrinin içərisində on minlərlə, yüz minlərlə vətənpərvər var”. (virtualaz.org)
İnterpress.az