Hərbçilərimiz “Beynəlxalq Ordu Oyunları – 2016”da iştirak edəcəkbackend

Hərbçilərimiz “Beynəlxalq Ordu Oyunları – 2016”da iştirak edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, yarışlar çərçivəsində təşkil ediləcək “Xəzər Kuboku – 2016” və “Tank biatlonu – 2016” müsabiqələrində Silahlı Qüvvələrimizin nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Mahaçqala limanı yaxınlığında keçiriləcək “Xəzər Kuboku – 2016” beynəlxalq yarışında ölkəmizi təmsil edəcək Hərbi Dəniz Qüvvələrinin 2 gözətçi və 1 xilasedici yedək gəmisinin, eləcə də onların ekipajlarının iyulun 21-də təntənəli yola salınması mərasimi keçirilib.

“Xəzər Dənizi – 2016” yarışlarında iştirakla yanaşı hərbi dənizçilərimiz Mahaçqala şəhərində olduqları müddətdə digər ölkələrin gəmi ekipajları ilə qarşılıqlı görüşlər, ziyafətlər, mədəni-kütləvi və digər tədbirlər keçirəcəklər. (virtualaz.org)

İnterpress.az