Bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın CNN Türk telekanalına müsahibəsində deyib:
“Bu ikili standartların açıq-aydın nümunəsidir… Biz hamımız Parisdə fövqəladə vəziyyətin elan olunmasına səbəb olmuş terror aktını pislədik. Amma bu zaman heç kim Fransanı insan haqlarını pozmaqda ittiham etmədi. Biz Avropaya üz tuturuq – Fransanı ittiham etmədiyinizdə Türkiyəni günahlandırmayın. Türkiyəni Belçikada terror aktları törədildikdən sonra fövqəladə vəziyyət elan olundu. Belçikanı ittiham etmədiyinizdə Türkiyəni günahlandırmayın”.
Onun sözlərinə görə, fövqəladə vəziyyət rejimi hüquq normaları çərçivəsində tətbiq ediləcək və insanların gündəlik həyatına təsir etməyəcək: “Lakin hökumət ölkənin təhrikçilərdən təmizlənməsi üçün əlindən gələni edəcək”. (apa)
İnterpress.az