İŞİD-in dağıtdığı bəzi Azərbaycan saytları fəaliyyətini bərpa etdibackend

İŞİD-in dağıtdığı bəzi Azərbaycan saytları fəaliyyətini bərpa etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Holdinqin rəsmi internet səhifəsi, o cümlədən www.revansigorrta.az və www.nissan.az saytları fəaliyyətini bərpa edib.

Hakerlərin hədəfinə tuş gələn şirkətlər qrupunun tərkibindəki digər müəssisələrin saytlarının bərpası istiqamətində isə iş gedir. Məsələn, www.dongfeng.az və www.beyazsud.az saytlarına daxil olan zaman hakerlərin \”I love the Caliphate State Islamic country\” şüarı və təhdid dolu mətni, Suriyadakı vəziyyəti əks etdirən videoçarx əvəzinə \”under construction\” yazısına rast gəlmək mümkündür.

Mətbuata qapalılığı ilə seçilən şirkətlər qrupuna dəfələrlə zəng etsək də, məsələ ilə bağlı hələ də münasibət öyrənmək olmayıb. (femida.az)

İnterpress.az